Kateqoriyasız

“Azərbaycan bizi səhvə vadar etdi” – Şenol Günəş

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Azərbaycan yığmasına qarşı yoldalşıq oyunu barədə fikirlərini bildirib.

O, 2:1 hesabı ilə qalib gəldiikləri matçdan sonra bunları deyib:

“Yoldaşlıq görüşü idi. Yeni oyunçuları görmək istəyirdik. Komandaya yeni qoşulan futbolçuları sınadıq. Bəzilərini riskə atmaqdan qorxuruq. Futbolçular hələ istirahət ab-havasındadılar. Amma istənilən halda qələbə qazanmaq hər zaman gözəldi. Əsas odu ki, bir çox oyunçuları bu gün sınadıq. Azərbaycan çətinliklə məğlub olan, gücündən yaxşı yararlanan komandadır. Bizi səhvə vadar etdilər, təhlükəli hücumlara çıxdılar. Hesabda geri düşsək də, qələbə qazanmağı bacardıq. Rəqibin gücündən fərqli olaraq, bizim üçün dərs oldu. İtaliya, Uels, İsveçrə ilə görüşlər fərqli olacaq.

Azərbaycan millisi bizə çətin anlar yaşatdı. Qardaş komanda ilə dostluq görüşü keçirdik. Düzdü, iki zədəlimiz oldu. Amma çox ciddi görünmür. Bu cür matçlarda zədələnməmək önəmlidi. Rəqibin bu qədər hücuma çıxacağını gözləmirdik. Bu baxmdan hücumlarımızın uğurlu olduğunu deyə bilmərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43