Martın 3-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri keçiriləcək.
İdmanxeber.az-ın məlumata görə, yarışda Azərbaycan millisi həm oğlanların, həm də qızların mübarizəsində təmsil olunacaq.
Yığmanın baş məşqçisi Elbrus Rzayevlə Ceyhun Abiyev turnirdə Bilalhəbaşi Nəzərov (51 kiloqram), Zidan Hümbətov (54 kiloqram) və Məhəmməd Cəfərova (+92 kiloqram) şans verəcək.
Qız boksçuların mübarizəsində isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Banuçiçək Nəsirli (48 kiloqram), Cəmilə Sultanlı (50 kiloqram), Özləm Həsənova (66 kiloqram) və İlkanə Əhmədova (+81 kiloqram) rinqə çıxacaq.
“Adriatik incisi”ndə Fərhad Rəhmanov hakimlər sırasında yer alacaq.
Qeyd edək ki, yarışa martın 2-də yollanacaq komanda ayın 10-da Bakıya dönəcək.