İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən yunan-Roma güləşi üzrə böyüklərin Dünya Kubokuna yekun vurulub.
Yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak ediblər.
İdmanxeber.com-un məlumatına görə, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparıblar. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayıblar.
Qrupdakı hər 3 görüşündən qalib ayrılan güləşçilərimiz finalda Rusiya ilə üz-üzə gəliblər. Gərgin mübarizə şəraitində keçən qarşılaşma 4:4 bərabərliklə tamamlansa da, xal hesabında 18:17 üstün olan Azərbaycan yığması Dünya Kubokunun qalibi olub. Yunan-Roma güləşçilərimiz Azərbaycan idman tarixində ilk dəfə Dünya Kubokunun qızıl medallarına sahib çıxıblar.
Azərbaycan-İran 6:2
59 kq – Rövşən Bayramov – Mohsin Hacıpur 3:4
66 kq – Həsən Əliyev – Afşin Biabanqard 5:0
71 kq – Rəsul Çunayev – Ramin Taheri 4*:4
75 kq – Elvin Mürsəliyev – Yusif Əkbəri 2:0
80 kq – Rafiq Hüseynov – Həbibulla Əxlaqi 5:4
85 kq – İslam Abbasov – Mojtaba Kərim Fard 10:4
98 kq – Orxan Nuriyev – Mehdi Əliyari 0:1
130 kq – Sabah Şəriəti – Behnam Mahdi Zade 8:0
Azərbaycan-Almaniya 7:1
59 kq – Elman Muxtarov – Deniz Menekse 9:3
66 kq – Həsən Əliyev – Mattias Maasch 1:0
71 kq – Rüstəm Əliyev – Maksmilian Şvabe 8:0
75 kq – Elvin Mürsəliyev – Jan Rotter 5:1
80 kq – Rafiq Hüseynov – Paskal Eysele 3:0
85 kq – Şəhriyar Məmmədov – Jan Fischer 2:0
98 kq – Orxan Nuriyev – Feliks Radinqer 2:3
130 kq – Sabah Şəriəti – Eduard Popp 1:0
Azərbaycan-İsveç 7:1
59 kq – Elman Muxtarov – Joakim Fagerlund 5:0
66 kq – Kamran Məmmədov – Frunze Harutunyan 6:2
71 kq – Rəsul Çunayev – Şarur Vardanyan 4:0 (tuşe)
75 kq – Elvin Mürsəliyev – Robert Rosengren 8:0
80 kq – Rafiq Hüseynov – Lenni Persson 8:0
85 kq – İslam Abbasov – Jim Pettersson 2:0
98 kq – Orxan Nuriyev – Teodoros Tounusidis 2:1
130 kq – Sabah Şəriəti – Johan Euren 0:2
Azərbaycan-Rusiya 4:4 (18:17)
59 kq – Elman Muxtarov – Z.Kabaloyev 2:3
66 kq – Həsən Əliyev – A.Surkov 5:1
71 kq – Rəsul Çunayev – Çingiz Labazanov 2:0
75 kq – Elvin Mürsəliyev – Roman Vlasov 0:8
80 kq – Rafiq Hüseynov – E.Saleyev 2:1
85 kq – İslam Abbasov – Davit Çakvetadze 5:0 (təmiz qələbə)
98 kq – Orxan Nuriyev – Nikita Melnikov 0:5
130 kq – Sabah Şəriəti – S.Semyonov 1:2