08 Yanvar 2025
Ölkə futbolu

Azərbaycan çempionatında belə bir şey olmamışdı

Azərbaycan II Liqasında 6-cı tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turu ümumilikdə stadionlardan 620 azarkeş izləyib. Tərəfdarların ən çox maraq göstərdiyi görüş Şəkidə baş tutub. Şəhərin eyni adlı komandasının “Lerik”i məğlub etdiyi matçı (1:0) stadiondan 300 fanat izləyib.

Mövsümün azarkeş baxımından ən zəif göstəricisi Binə qəsəbə stadionunda qeydə alınıb. “Baku Sportinq” – “Şəmkir” və “Şəfa” – “Göygöl” görüşünü tribunalardan cəmi 20 azakeş izləyib. İki matç da mövsümün ən az tamaşaçı qeyd alındığı oyunlar olub.

VI turun oyunlarında qeydə alınan azarkeş sayı belədir:

Baku Sportinq 7:0 Şəmkir (20)

Şahdağ Qusar 0:1 Kür Araz (50)

Şəki Siti 1:0 Lerik (300)

Qusar 4:2 Cəbrayıl (40)

Dinamo 3:0 Kümrük Qax – (30)

Ağdaş 0:0 Füzuli – (150)

Şəfa 1:2 Göygöl – (20)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43