06 Fevral 2025
Ölkə futbolu

Azərbaycan çempionatında biabırçılıq – Məşqçinin burnunu sındırdılar (VİDEO)

AFFA U-17 liqasında biabırçı hadisə yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, çempionatın 26-cı turu çərçivəsində keçirilən “Vətən” – “Neftçi” görüşündə dava düşüb. Ev sahibi komandanın rəsmisi “ağ-qaralar”ın baş məşqçisi Asif Ələsgərovu başla vurub.

Nəticədə məşqçinin burnu sınıb. Daha sonra futbolçular və hakimlər tərəfləri güc-bəla ilə sakitləşdirə biliblər. Ələsgərovun xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qarşılaşma “Neftçi”nin 3:0 hesablı qələbəsilə başa çatıb.

Oyunda baş verənləri təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43