Kişi şahmatçıların Azərbaycan çempionatında ilk final gününün oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, çempionluq mübarizəsində Vüqar Əsədli Vasif Durarbəylinin məğlub edərək üstünlük qazanıb.
Üçüncü yer uğrunda görüşdə Eltac Səfərli Məhəmməd Muradlı ilə heç-heçə edib.
Bu gün şahmatçılar arasında cavab matçları keçiriləcək.
Qeyd edək ki, iki görüşdən sonra hesab bərabər olarsa, tay-brek oynanılacaq.