25 Noyabr 2024
Ölkə futbolu

Azərbaycan çempionatında hakim biabırçılığı davam edir – VİDEO

AFFA Gənclər Liqasının XII turu çərçivəsində keçirilən “Neftçi” – “Qəbələ” matçında hakimliklə bağlı ciddi narazılıq yaşanıb. Oyunla bağlı redaksiyamıza daxil olan məlumata görə, görüşün qadın baş hakimi Fəridə Lütfəliyeva biabırçı performans göstərərək birbaşa nəticəyə təsir edən qərarlar verib.

O, görüşdə idarəetməni itirməklə yanaşı, bölgə təmsilçisinin əleyhinə verdiyi kobud səhvlərlə yadda qalıb. Lütfəliyeva “Qəbələ”nin iki penaltisini görməzdən gələrək, qonaqları özündən çıxarıb. Nəticədə futbolçular və məşqçilər heyəti aşkar qayda pozuntularına göz yuman referinin performasnından ciddi narazılıq ediblər.

Həmin qarşılaşmada  mübahisəli penalti epizodlarını təqdim edirik:

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43