Azərbaycan I Liqası II turu çərçivəsində keçirilən “Difa” – “İmişli” görüşündə baxımlı qola imza atılıb.
İdmanxeber.az-ın məlumatına görə, qonaqların futbolçusu İdris İnqilablının vurduğu qol sosial şəbəkələrdə maraqla izlənilib. Futbolçunun uzaq məsafədən vurduğu zərbənin qarşısını almaq olmayıb.
Görüş İmişli klubunun qələbəsiylə başa çatıb – 4:0.