Azərbaycan I divizionunun XIX turu çərçivəsində ötən gün keçirilən MOİK – “Sabah-2” oyununda xoşagəlməz olay yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanın 67-cı dəqiqəsində MOİK-in futbolçusu Ruslan Voronsov qonaqların üzvü Mixeil Erqemlidzeyə şillə vurub. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Hakim hər iki futbolçunu qırmızı vərəqə ilə cəzalandırıb.
Görüş qolsuz bərabərliklə başa çatıb – 0:0.