08 Sentyabr 2024
İdman

Azərbaycan çempionatında növbəti turun proqramı bəlli oldu

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı bəlli olub.

İdmanxeber.az xəbər verir ki, dekabrın 5-də IV turun iki görüşü baş tutacaq.

Günün ilk qarşılaşması “Milli Aviasiya Akademiyası” və “Azərreyl” komandaları arasında olacaq. Oyun saat 16:00-da başlayacaq.

Saat 18:00-da start götürəcək turun digər matçında isə “Murov Az Terminal” və UNEC kollektivləri üz-üzə gələcək.

Qeyd edək ki, hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43