Kateqoriyasız

Azərbaycan çempionatının oyunu təxirə salındı – kütləvi yoluxmaya görə

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 9-cu turun “Xilə” – “Baku Fire” qarşılaşması qeyri-müəyyən vaxta təxirə salınıb.

İdmanxeber.az xəbər verir ki, “Xilə” komandası bir neçə oyunçusunun səhhətində narahatlığın yaranması (yüksək temperatur) ilə bağlı quruma müraciət edib. Bunu nəzərə alan federasiya matçın təxirə salınması barədə qərar qəbul edib.

Həmin futzalçılardan koronavirusla bağlı test götürülüb. Hələlik nəticələr açıqlanmayıb.

Görüş noyabrın 26-da keçirilməli idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43