“Sumqayıt”ın yeni transferi Masaki Murata açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, “CBC Sport”a danışan yaponiyalı yarımmüdafiəçi yeni klubuna uyğunlaşdığını deyib:
“Keçən il Latviyada çempion olub bu mövsüm “Suqmayıt”a gəldim. Azərbaycan çempionatının səviyyəsini gördükdən sonra bura gəlməyə qərar verdim. Komandaya uyğunlaşıram, hər şey yerinə oturacaq. Türkiyədə yaxşı məşqlər keçirdik. Çempionata hazır olduğumuzu düşünürəm”.
“Sumqayıt” son klubu “Valmiera” (Latviya) olan yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalayıb.