30 Dekabr 2024
Kateqoriyasız

Azərbaycan çempionatları tarixinin rekordu təkrarlandı

“Neftçi”nin daha üç futbolçusu Premyer Liqanın bu mövsümündə qol hesabını açıb.

İdmanxeber.az xəbər verir ki, 20-ci turda “Qəbələ”yə 4:0 hesabı ilə qalib gələn “ağ-qaralar”ın heyətində Eddi İsrafilov, Mamadu Mbodj və Gilyerme Pato fərqlənib.

Bununla da Bakı klubunun heyətində çempionatın cari mövsümündə qol vuran futbolçuların sayı 18-ə çatıb.

Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixinin rekord göstəricisidir. “Neftçi” 2008/09 mövsümündə “İnter”in (indiki “Keşlə”) rekordunu təkrarlayıb. Həmin vaxt paytaxt təmsilçisinin 18 üzvü qol sevinci yaşamışdı. “Neftçi”nin əvvəlki rekordu 16-ya bərabər idi. 2008/09 və 2013/14 mövsümlərində 16 futbolçu rəqib qapısına yol tapıb. “Ağ-qaralar”ın hələ qol vurmayan futbolçuları qarşıdakı 8 turda fərqlənsə, mütləq rekord da qeydə alına bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43