Azərbaycan I və II Liqasında təxminən 20 günlük fasilə yaranacaq. Çempionatlarda növbəti turun oyunları 26-27 noyabr tarixlərində keçiriləcək.
Liqalarda uzun müddət yaranan fasilənin səbəbləri COP29 tədbiri ilə bağlı düşünülsə də, belə deyil. Bu barədə PFL rəsmisi Sənan Abdullayev İdmanxeber.az saytına açıqlama verib:
“Çempionatlardakı fasilə əvvəlcədən planlanıb. Bunun ölkəmizdə keçirilən COP29 tədbiri ilə əlaqəsi yoxdu. Oyunları təxirə salmamışıq, əvvəlcədən planlamamız belə olub”.