İdman

Azərbaycan Cüdo Federasiyasının prezidentinə vəzifə verildi

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında (İJF) yeni vəzifə verilib.

İdmanxeber.az xəbər verir ki, bu barədə İJF-nin rəsmi saytı məlumat yayıb. Nəbiyev qurumun nəzdindəki Yeni Texnologiya və Yüksək Keyfiyyət Komissiyasının sədri təyin olunub.

Rəşad Nəbiyev 2021-ci ilin noyabrından Azərbaycan Cüdo Federasiyasının prezidentidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43