21 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycan futbolunda daha bir maraqlı hadisə – ehtiyat qapıçısız oyuna getdilər və…

Azərbaycan II Liqasında keçirilən “Qusar” – “Füzuli” matçında maraqlı anlar yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, görüşün ilk hissəsində qonaqların qapıçısı Kamil Nəzərli birbaşa qırmızı vərəqə alıb. “Füzuli” komandasının heyətində ehtiyat qolkiper olmadığı üçün qapıya futbolçulardan biri keçib.

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43