18 Oktyabr 2024
Ölkə futbolu

Azərbaycan futbolunda daha bir rəzillik – Bölgə klubu səfərə aparmağa futbolçu tapa bilmədi (FOTO)

Azərbaycan II Liqasında daha bir biabırçı durum yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, “Füzuli” komandası  7-ci turu çərçivəsində hazırda qarşılaşdığı “Göygöl”lə matça bir nəfər azlıqda çıxmalı olub. 

Qarabağ klubu bu səfərə aparmağa futbolçu tapa bilmədiyindən meydana 10 nəfərlə çıxmalı olub. 

Xatırladaq ki, qarşılaşma saat 15:00-da start götürüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43