19 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycan futbolunda yeni era – “AtiDel” (FOTOLAR)

2021-ci ildən fəaliyyət göstərən “AtiDel” klubunun yeni sponsoru müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, 3 ildi yaranan komandanı ölkənin tanınmış şirkətlərindən biri “Global Drilling Solutions”  MMC öz himayəsinə götürüb.

Tərəflər arasında ötən gün bununla bağlı müqavilə imzalanıb. İmzalama mərasimində “AtiDel” klubunun təsisçisi Sərdar Salmanzadə və “Global Drilling Solutions”  MMC-nin rəhbəri, “AtiDel”in prezidenti Sədrətdin Yaqubov, komandanın vitse-prezidenti Ruslan Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə klubun gələcək strategiyası haqqında qonaqlara bilgi verilib, hədəflərdən söz açılıb. Mərasimin sonunda tərəflər arasında 5 illik müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43