“Karvan” klubu Azərbaycan I Liqasında ev oyunlarına ən çox azarkeş gələn komanda olub.
İdmanxeber.az-ın məlumatına görə, Yevlax təmsilçisinin ev matçlarına mövsüm ərzində orta hesabla 1208 tamaşaçı gəlib.
Bu göstəricidə “İmişli” ikinci, liqanın qalibi “Şamaxı” üçüncüdür. I Liqada 2023/2024 mövsümünün görüşlərini ümumilikdə 61970 tamaşaçı izləyib. Texniki nəticələrin qeydə alındığı iki matçı nəzərə almasaq, digər 133 qarşılaşmada orta tamaşaçı sayı 466-ya bərabər olub.
Mövsümün rekordu “İmişli” – “Qaradağ Lökbatan” görüşündə qeydə alınıb. XXV turda baş tutan matçı 3800 tamaşaçı izləyib.
“Karvan”ın “Mingəçevir”lə I, “Difai Ağsu” ilə III turdakı matçlarında 2500 izləyici olub.