07 Oktyabr 2024
İdman

Azərbaycan idmançıları III Avropa Oyunlarına yollanıblar

Azərbaycan idmançılarının Polşada keçiriləcək III Avropa Oyunlarına təntənəli yola salınma mərasimi olub.

İdmanxeber.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin binası qarşısında təşkil olunmuş mərasimdə azarkeşlər, idmançıların yaxınları, müxtəlif federasiyaların rəsmiləri, nazirliyin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Yola salınma mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-dək davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43