İdman

Azərbaycan idmançılarının 2021-ci ildə qazandıqları medal sayı bilindi

Azərbaycan idmançılarının 2021-ci il ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə gənclər və idman nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, idmançıların bu il ümumilikdə 519 medal qazandıqları bildirilib.

Onlardan 227-si olimpiya (62 qızıl, 62 gümüş, 103 bürünc), 292-si isə qeyri-olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43