04 Yanvar 2025
İdman

Azərbaycan idmançılarının reytinqi açıqlandı

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 2025-ci ilin ilk ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, birinci pillədə 500 xalla bədii gimnastika üzrə qrup hərəkətləri komandası qərarlaşıb.

İkinci sırada cüdoçu Hidayət Heydərov yer alıb. Ötən il keçirilən Yay Olimpiya Oyunlarının qızıl medalçısı 390 xala layiq görülüb.

“Üçlüy”ü 315 xalla çəkicatma üzrə atlet Anna Skidan tamamlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43