Kateqoriyasız

Azərbaycan millisi 8 pillə gerilədi

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, 2022-ci ildə ikinci dəfə açıqlanan cədvəldə bir çox dəyişikliklər baş verib. Buna DÇ-2022-nin müxtəlif konfederasiyalar üzrə seçmə oyunları, həmçinin, çoxsaylı yoxlama oyunları səbəb olub. Bu dəyişikliklər Azərbaycan millisindən də yan keçməyib.

Hesabat dövründə Malta və Latviyaya yoxlama matçlarında məğlub olan Canni De Byazinin yetirmələri növbəti dəfə geriləyib. Belə ki, Azərbaycan millisi FİFA-nın reytinqində 8 pillə geriləyib. Yığma komanda 1126 xalla 129-cu sırada qərarlaşıb.

Türkiyə millisi də siyahıda geriləyib – 1461 xalla 43-cü yer.

Reytinqdə lider də dəyişib. Braziliya 1832 xalla zirvəni ələ keçirib. Belçika (1827) ikinci pilləyə düşübsə, üçüncü sırada Fransa (1789) qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43