Futzal üzrə Azərbaycan millisinin AVRO-2026-nın əsas mərhələsi çərçivəsində dekabrın 17-də İsveç yığması ilə keçirəcəyi oyuna təyinat açıqlanıb.
İdmanxeber.az xəbər verir ki, Bakı İdman Sarayında saat 20:00-da baş tutacaq matçda ədaləti Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Görüşün birinci hakimi Aslan Qalayev, ikinci hakimi Turekhan Tursumbayev, üçüncü hakimi isə Nurlybek Kalimaganbetov olacaq.