02 Noyabr 2024
İdman

Azərbaycan karateçiləri beynəlxalq turnirdə 12 medal qazandı

Azərbaycan karateçiləri Rusiyada keçirilmiş “Open Rossiya” beynəlxalq turnirində uğurla çıxış ediblər.

İdmanxeber.az-ın məlumata görə, Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, İran, Belarus, Misir və Ermənistan təmsilçilərinin qatıldığı yarışda ümumilikdə 1200 iştirakçı qüvvəsini sınayıb.

Karateçilərdən Nəsimi Musayev 70 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.

Nərgiz Aslanova 25 kiloqram, Cəlal Şükürov 35 kiloqram, Mehdi Abdullayev isə +35 kiloqramda gümüş mükafatlarına yiyələniblər.

Kamran Cəfərli (+42 kiloqram), Qəhrəman Rzaquliyev (30 kiloqram), Dəniz Nəcəfli (47 kiloqram), Mədinə Sadıqova (55 kiloqram), Günay Ramazanova (55 kiloqram), Aysel Məmmədova (+66 kiloqram), Məhəmməd Kazımlı (60 kiloqram), Murad Hacızadə (+84 kiloqram) bürünc medallara sahib olublar.

Yekuna əsasən, karateçilərimiz beynəlxalq turniri 12 medalla başa vurublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43