Azərbaycan karateçisi Mədinə Sadıqova Kazan şəhərində keçirilən “BRICS Sports Games Kazan 2024” beynəlxalq multiidman turnirində qızıl medal qazanıb.
İdmanxeber.az-ın məlumatına görə, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da Azərbaycan idmançıları günü 1 qızıl, 2 bürünc mükafatla başa vurublar.
Daha əvvəl samboçu Rəsul Aydəmirov (98 kiloqram) və avarçəkən Bəhmən Nəsiri üçüncü yeri tutublar.
Qeyd edək ki, multiidman yarışları iyunun 24-dək davam edəcək. Oyunlarda Azərbaycan 11 idman növündə 97 idmançı ilə təmsil olunur.