20 Sentyabr 2024
Ölkə futbolu

“Azərbaycan klubunun “Braqa”ya səfərdə 4 qol vurması sensasiyadır”

“Portuqaliyadakı hesab hamımız üçün gözlənilməz oldu. Azərbaycan klubunun “Braqa”ya səfərdə 4 qol vurması sensasiyadır. Əlbəttə, rəqib də bunu həzm edə bilmir. Buna görə də Bakıda başqa “Braqa” olacaq. Səfərdəki oyunun davamı çox gərgin və emosional olacaq”.

Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin sabiq baş məşqçisi Zaur Həşimov Avropa Liqası pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Braqa” matçı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Qarabağ” hesaba baxmayaraq, öz oyun üslubundan vaz keçməyəcək. “Braqa”nın görüşə irəlidə – pressinqlə başlayacağını düşünürəm. Erkən qol vurmaq istəyəcəklər. “Qarabağ” soyuqqanlı davranıb bundan yararlanmalıdır. Əlbəttə, futbolda gözlənilməz nəticələr çox olur. Pozitiv olmalıyıq, buradakı oyundan da yaxşı nəticə qazanacağımızı düşünürəm. Pis fikirləri qətiyyən ağlıma gətirmirəm.

“Qarabağ” Bakıda daha bir tarix yaza bilər. Belə nəticələr yalnız büdcə ilə bağlı olmur. Qurban Qurbanov hər dəfə yeni bir tarixi nəticəyə imza atır. Artıq Qurban müəllimdən daha yüksək səviyyədə yararlanmaq lazımdır”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43