Polşanın Varşava şəhərində minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsi davam edir.
İdmanxeber.az xəbər verir ki, 2-ci gündə Azərbaycan təmsilçiləri “Birbaşa Bakı” və “AzNur” 2 oyuna çıxacaqlar.
C qrupunda qərarlaşan və ilk oyunda Fransa “Piopio”suna 2:1 hesabı ilə qalib gələn “AzNur” “Qalport” (Polşa) və “Andezit” (Ukrayna) ilə qarşılaşacaq.
E qrupunda Azərbaycan çempionu “Birbaşa Bakı” “Livorno” (İtaliya) və “Brno” (Çexiya) ilə üz-üzə gələcək. Komanda turnirə İspaniya “Malaqa”sı ilə 2:2 hesablı heç-heçə etməklə başlayıb.
Çempionlar Liqası, qrup mərhələsi
6 sentyabr
C qrupu
12:00. “Qalport” (Polşa) – “AzNur”
19:00. “AzNur” – “Andezit” (Ukrayna)
E qrupu
14:00. “Livorno” (İtaliya) – “Birbaşa Bakı”
21:00. “Birbaşa Bakı” – “Brno” (Çexiya)