20 Sentyabr 2024
Dünya futbolu

Azərbaycan Kuboku: “Araz-Naxçıvan” üçün ilklərlə əlamətdar oldu

Azərbaycan Kubokunun II təsnifat mərhələsi “Araz-Naxçıvan” üçün ilklərlə əlamətdar olub.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Kür-Araz”a 6:1 hesabı ilə qalib gələn Naxçıvan təmsilçisi turnirdə ilk böyükhesablı qələbəsini qazanıb.

Muxtar Respublika klubu bunadək yalnız minimal hesabla qalib gəlməyi bacarmışdı.

Bu qələbə həm də səfərdə əldə olunan ilk uğurdur. “Araz-Naxçıvan” səfərdə keçirdiyi əvvəlki matçların hamısında uduzmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43