Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.
İdmanxeber.az-ın məlumatına görə, turu ümumilikdə 3155 azarkeş stadionlardan izləyib. Ən çox maraq göstərilən matç Masazırda baş tutub.
“Sabah”ın “Qarabağ”a məğlub olduğu (1:7) görüşü tribunalardan 1575 tamaşaçı qeydə alınıb.
Digər oyunlarda qeydə alınan azarkeş sayı belədir:
“Səbail” – “Zirə” – (200 – 1:2)
“Araz Naxçıvan” – “Qəbələ” – (180 – 1:1)
“Sumqayıt” – “Neftçi” – (1200 – 2:3)