Azərbaycan Kubokunda bu gün son iki yarımfinalçının adına aydınlıq gələcək.
İdmanxeber.az xəbər verir ki, 1/4 final mərhələsinin bugünkü ilk cavab oyununda “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edib.
Qəbələ şəhər stadionunda reallaşan qarşılaşma ev sahibinin qələbəsi ilə başa çatıb – 2:0. Bu nəticəylə yarımfinala vəsiqə qazanan “Qəbələ” bu mərhələdə “Zirə” ilə üz-üzə gələcək.
Bu mərhələyə “Neftçi” – “Sumqayıt” görüşü ilə yekun vurulub. Oyun 1-1 hesabıyla başa çatıb. Növbəti mərhələyə yüksələn tərəf “Neftçi” olub. “Ağ-qaralar” yarımfinalda “Qarabağ”la qarşılaşacaq.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
9 fevral
16:00. “Qəbələ” – “Araz-Naxçıvan” 2:0
Qollar: Osama Xalayla, 39, Ürfan Abbasov, 42
İlk oyun – 1:1
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu
19:00. “Neftçi” – “Sumqayıt” 1:1
Qollar: Filip Ozobiç, 26 – Roi Kehat, 40
İlk oyun – 3:2
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Neftçi Arena”
Qeyd edək ki, daha əvvəl “Zirə” və “Qarabağ” yarımfinala yüksəlib.