08 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycan Kuboku: “Qarabağ” və “Zirə” növbəti mərhələdə – YENİLƏNİB

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

İdmanxeber.az-ın məlumatına görə, “Zirə” doğma meydanda “Səbail”i qəbul edib. Qəsəbə təmsilçisi görüşdən 3:0 hesabı ilə qələbə qazanıb. İlk oyunda da “qartallar” rəqibini məğlub etmişdi – 2:1.

İkinci dueldə “Qarabağ” “Sabah”la üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş “bayquşlar”ın qələbəsiylə başa çatıb- 3:4. İlk oyunda 7:1 hesablı qələbə qazanan Ağdam klubu növbəti mərhələyə yüksəlib.

Azərbaycan Kuboku
1/4 final, cavab oyunları

8 fevral

17:00. “Zirə” – “Səbail” 3:0

Qollar: Abbas İbrahim, 4 (1:0), Rəhim Sadıxov, 42 (2:0), Rafael Utziq, 74 (3:0)
İlk oyun – 2:1.

20:00. “Qarabağ” – “Sabah” 3:4

Qollar: Kristian da Silva, 5 (0:1), Marqarita, 27 (0:2), Hamidu Keyta, 30 (1:2), İshak Belfodil, 58 (1:3), Adama Diakabi, 61(2:3), İshak Belfodil, 69 (2:4), Maruan Haddudi, (ö.q.) 74 (3:4)
İlk oyun – 7:1.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab matçları fevralın 9-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43