Futbol üzrə Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsi davam edir.
İdmanxeber.az xəbər verir ki, 1/8 finalın daha 4 iştirakçısı bəlli olub. “Şamaxı” “Şəmkir”ə, “Mingəçevir” “Zaqatala”ya, “Qaradağ Lökbatan” “Karvan”a, “Difai” isə “Şəfa”ya qalib gələrək 1/8 finala yüksəlib.
30 oktyabr (çərşənbə)
14:00. “Şamaxı” – “Şəmkir” – 6:1
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Tural Qurbanov
Şamaxı şəhər stadionu
14:00. “Mingəçevir” – “Zaqatala” – 1:0
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Samir Hüseynov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu
14:00. “Qaradağ Lökbatan” – “Karvan” – 3:0
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Rauf Allahverdiyev
Lökbatan OİK stadionu
15:00. “Şəfa” – “Difai” – 2:3
Hakimlər: Vüqar Həsənli, Aydın Bəxşiyev, Nurlan Əhmədzadə, Rəsul Babayev
“ASK Arena”