Ölkə futbolu

Azərbaycan kubokunda 1/8 finalın vaxtı açıqlandı

Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb.

İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bir oyundan ibarət olun mərhələnin bütün qarşılaşmaları eyni gündə – dekabrın 6-da keçiriləcək.

6 dekabr (cümə axşamı)

Azərbaycan kuboku

14:00. “Ağsu” – “Sabah”
Ağsu şəhər stadionu

14:00. “Kəpəz” – “Səbail”
Gəncə şəhər stadionu

14:00. “Qaradağ Lökbatan” – “Sumqayıt”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

17:00. “Şüvəlan” – “Keşlə”
“AZAL Arena”

Qeyd edək ki, “Qaradağ Lökbatan” – “Sumqayıt” və “Şüvəlan” – “Keşlə” görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43