Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.
İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, bir qarşılaşmadan ibarət mərhələnin görüşləri 18, 19, 20, 21 dekabr tarixlərində keçiriləcək.
“Qarabağ” – MOİK oyununun məkanı hələlik açıqlanmayıb. Amma daha əvvəl bu matçın Xankəndidə keçiriləcəyinə dair məlumat yayılıb.
18 dekabr (bazar ertəsi)
14:00. “Kəpəz” – “Sabah”
Tovuz şəhər stadionu
17:00. “Sumqayıt” – “Karvan”
“Kapital Bank Arena”
19 dekabr (çərşənbə axşamı)
13:00. “İrəvan” – “Araz-Naxçıvan”
“ASK Arena”
16:00. “İmişli” – “Qəbələ”
Qəbələ şəhər stadionu
20 dekabr (çərşənbə)
14:00. “Səbail” – “Şamaxı”
“ASCO Arena”
17:00. “Zirə” – “Turan Tovuz”
Zirə İdman Kompleksinin stadionu
21 dekabr (cümə axşamı)
14:00. “Qarabağ” – MOİK
18:00. “Neftçi” – “Qaradağ Lökbatan”
“Neftçi Arena”
Qeyd: “İmişli” – “Qəbələ” oyununun keçiriləcəyi stadionun müəyyənləşdirilməsi ilə bağlı Əsasnamə proseduruna uyğun olaraq “İmişli” klubuna məlumat verilib və yekunda matçın Qəbələ şəhər stadionunda oynanılması qərara alınıb.