24 Oktyabr 2024
Ölkə futbolu

Azərbaycan kubokunda yeni mövsüm başlayır

Bu gün Azərbaycan kubokunda 2024/25 mövsümü start götürəcək.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 1-ci təsnifat mərhələsinin 2 matçı keçiriləcək.  Hər iki oyunda 2-ci liqa təmsilçiləri üz-üzə gələcəklər. “Şahdağ Qusar” “Kür-Araz”la qarşılaşacaq. 

“Şəfa” isə “Saatlı-Araz”la görüşəcək.

12 oktyabr

14:00. “Şahdağ Qusar” – “Kür-Araz”
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Mirnihat Seyidov, Rəsul Babayev

Şamaxı OİK.

16:30. “Şəfa” – “Saatlı-Araz”
Hakimlər: Rövşən Rəcəbov, Rasim Axundov, Nurlan Əhmədzadə, Maqsud Şamıyev
ASK Arena.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43