Kateqoriyasız

Azərbaycan kubokunun püşkü atıldı – Yenilənib

Bu gün Azərbaycan kubokunda 2020/2021-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

Bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, birinci divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılacaq.

1/8 final

1. “Səbail” – “Zaqatala”

2. “Turan Tovuz” – “Qəbələ”

3. “Sabah” – “Kəpəz”

4. “Qaradağ Lökbatan” – “Zirə”

1/4 final

5. “Sumqayıt” – 1-ci cütün qalibi

6. “Qarabağ” – 2-ci cütün qalibi

7. “Keşlə” – 3-cü cütün qalibi

8. “Neftçi” – 4-cü cütün qalibi

Qeyd edək ki, Azərbaycan kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək. 1/4 final qarşılaşmaları isə 2021-ci il 1-2 fevral və 6-7 fevralda olacaq.

Xatırladaq ki, ötən mövsüm turnir koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırıldığından, kubokun qalibi müəyyənləşdirilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43