26 Noyabr 2024
İdman

“Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin məlumatı

Oktyabrın 16-da “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, iclasda millət vəkili Nigar Arpadarai şuranın sədri, hüquqşunas Samir Nuriyev isə sədr müavini seçiliblər.

Həmçinin Agentliyin Nizamnaməsinin 4.4.2-ci bəndinə əsasən, Təhminə Pərviz qızı Tağı-zadə Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru təyin edilib. Xatırladaq ki, cari ilin oktyabrın 9-da Şəfəq Hüseynli Agentliyin direktoru vəzifəsindən azad edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43