27 Noyabr 2024
Ölkə futbolu

Azərbaycan milli komandasının iki mərhələli təlim-məşq toplanışı olacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki mərhələli təlim-məşq toplanışı olacaq.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli əvvəlcə iyunun 13-dən 14-dək Bakıda hazırlıq keçəcək.

Toplanışın ikinci mərhələsi iyunun 15-dən 20-dək Albaniyanın Dürres şəhərində baş tutacaq. U-17 hazırlıq zamanı Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoldaşlıq görüşünə çıxacaq. İlk matç iyunun 17-də, ikinci qarşılaşma isə 19-da reallaşacaq. “Egnatia Arena”da təşkil olunacaq hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

S. AD/SOYAD KLUB
1 Məhdi Həsənov Neftçi
2 Rauf Əyyubov Sabah
3 Həzrət Səmədov Sabah
4 Fərid Cabbarlı Zirə
5 Əlibəy Mahmudov Sabah
6 Tuncay Əhmədov Marset (İspaniya)
7 Nadir Nəsibli Marset (İspaniya)
8 Səttar Tahirzadə Marset (İspaniya)
9 Muhammad Çodarov Marset (İspaniya)
10 Murad Qurbanov Zirə
11 Sinan Mehdizadə Marset (İspaniya)
12 Nihad İsaqov Kəpəz
13 Əli Qazibəyov Qarabağ
14 Emil Həsənov Sumqayıt
15 Abdulaziz Cabbarlı Qarabağ
16 İbrahim Babayev Servette (İsveçrə)
17 İslam Həsənov Srvena Zvezda (Serbiya)
18 İbrahim Xəlilov Sabah
19 Ümid Səlimov Sabah
20 Əli İbrahim Qarabağ

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43