Milli komandamız bu gün Macarıstanda ilk yoldaşlıq oyununu keçirib.
İdmanxeber.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi komanda Silvinyonun çalışdırdığı Albaniya millisi ilə qarşılaşıb. Görüş millimizin məğlubiyyəti ilə başa çatıb – 1:3.
Qarşılaşmada Azərbaycanın yeganə qolunu 89-cu dəqiqədə Musa Qurbanlı vurub.
Yoldaşlıq oyunu
21:00. Albaniya – Azərbaycan 3:1
Baş hakim: Mihali Kaprali (Macarıstan)
“Haladas SportKomplexum”, Sombatxey