19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz İsveçrə yığması ilə üz-üzə gəlib. Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma İsveçrə komandasının 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 qrupda ikinci oyununu noyabrın 29-da Estoniya seçməsinə qarşı keçirəcək.