Azərbaycan millsi UEFA Millətlər Liqasının V turu çərçivəsində Qəbələdə Estoniya yığmasını qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, oyundan öncə futbol biliciləri görüşün favoritini açıqlayıb. Bukmeker konturları millimizi matçın favoriti görüb.
Belə ki, Azərbaycan yığmasının qələbəsinə 1,82, Estoniya millisinin qalibiyyətinə isə 4,99 əmsal təyin edilib.
Görüşün heç-heçə bitmə ehtimalı isə 3,76 kimi dəyərləndirilib.
Azərbaycan – Estoniya oyunu noyabrın 16-da, saat 18:00-da start götürəcək.