22 Oktyabr 2024
Ölkə futbolu

Azərbaycan millisi Estoniyaya yola düşdü – FOTOLAR

UEFA Millətlər Liqası çərçivəsində Estoniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Tallin şəhərinə yola düşüb.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib. Komandamız oktyabrın 10-da Bakı vaxtı ilə saat 18:00-da matçın baş tutacağı “Lilleküla” stadionunda son məşqinə çıxacaq. 

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Estoniya –  Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43