Milli komanda

Millimiz Fransaya uduzdu

Bu gün Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

2-ci qrupda yer alan yığma komandamız Fransanı qəbul edib. Sumqayıtda keçirilən görüşdə 3 qol qeydə alınıb. Millimiz rəqibinə minimal hesabla uduzub – 1:2.

Keçirdiyi 6 matçda 6 xal toplayan Azərbaycan millisi qrupda 6 komanda arasında 5-cidi.

Avropa çempionatının seçmə mərhələsi (U-21)

2-ci qrup

21:00. Azərbaycan – Fransa – 1:2
Qollar: 
Tural Bayramov, 89 – Odson Eduar, 25, Amin Quiri, 83

Hakimlər: Halis Özkahya, Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy (hamısı Türkiyə)
Sumqayıt. “Kapital Bank Arena”

Azərbaycan: 12. Kamran İbrahimov, 3. Turan Manafov, 4. Mert Çelik, 6. Hacıağa Hacılı (k), 7. Fərid Nəbiyev, 8. Rüfət Abdullazadə, 11. Elvin Cəfərquliyev, 15. Səbuhi Abdullazadə, 19. Rauf Hüseynli, 21. Əmrə Kaplan, 23. Ozan Can Kökçü;
Ehtiyat oyunçular: 1. Şahin Zəkiyev, 5. Nihad Tamazov, 9. Məhəmməd Mustafa Yıldırım, 10. Rövlan Muradov, 16. Süleyman Əhmədov, 17. Tural Bayramov, 18. Turan Vəlizadə, 20. İdris İnqilablı;
Baş məşqçi: Milan Obradoviç.

Fransa: Alban Lafont, Benua Badiaşile, 6. İbrahim Diallo, 9. Mussa Diabi, 10. Matteo Gündüzi (k), 12. Jül Kunde,13. Kolin Daqba, 19. Amin Quiri, 20. Bubakare Sumare, 21. Krist-Emanuel Faytout Maoussa, 22. Odson Eduar;
Ehtiyat oyunçular: 23. İllan Meslier, 2. Melvin Bard, 3. Obite Evan Ndiçka, 4. Bubakar Kamara, 7. Arno Nordin, 8. Maksen Kaquere, 11. Brayan Mbeumo, 15. Dina Ebimbe, 18. Bafode Diakite;
Baş məşqçi: Silven Ripoll.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43