Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının cari mövsümündəki son oyununa çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, Fernandu Santuşun rəhbərlik etdiyi yığmamız səfərdə İsveçin qonağı olacaq. 5 turdan sonra 1 xalı olan millimiz qrupda sonuncu, İsveç isə 13 xalla birincidir.
Qrup sonuncusu kimi D Liqasına düşməmək üçün milli komandamız bu gün səfərdə İsveçə qalib gəlməlidir.
UEFA Millətlər Liqası
C Liqası, VI tur
19 noyabr
23:45. İsveç – Azərbaycan
Hakimlər: Paveł Raçzkovski, Radosłav Siejka, Adam Kupsik, Voyçex Mik (Polşa)
Solna, “Strouberri Arena”