Bu gün DÇ-2022-nin seçmə mərhələsinin 9-cu turuna start verilib.
İdmanxeber.az-ın məlumatına görə, A qrupunda yer alan Azərbaycan yığması da növbəti oyununa bu gün çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv doğma meydanda Lüksemburqu qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma saat 21:00-da başlayıb. Məhsuldar keçən oyun Azərbaycan yığmasının növbəti məğlubiyyəti ilə başa çatıb.
Qrup mərhələsinin digər matçında İrlandiya yığması Portuqaliyanın müqavimətini qırmağa çalışacaq.
A qrupunda Azərbaycan millisi 1 xalla sonuncudur. Serbiya yığması isə 17 xalla 1-ci pillədə qərarlaşıb.
DÇ-2022, seçmə mərhələ, 9-cu tur
11 noyabr
A qrupu
21:00 Azərbaycan – Lüksemburq
Baş hakim: Manuel Şüttenqruber (Avstriya)
23:45 İrlandiya – Portuqaliya