“Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarını izləmişik. Komanda məğlub olsa belə, yaxşı təsir bağışlayır. “Qarabağ”ın bu mövsüm avrokuboklardakı çıxışını da xüsusi vurğulamaq lazımdır”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri İrlandiya millisinin baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla matçdan öncə keçirilən mətbuat konfransında deyib.
O, zədəli futbolçuları Robinson haqda da danışıb:
“Koronavirusdan sağalan Kallum Robinson İngiltərədə klubu ilə məşq edib. O, sabah Azərbaycanla qarşılaşmada meydana çıxa bilər”.
Qeyd edək ki, sentyabrın 4-də Dublindəki “Avivo” stadionunda keçiriləcək İrlandiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.