10 İyun 2026
Ölkə futbolu

Azərbaycan millisi San Marinoya qalib gəldi – YENİLƏNİB 

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, millimiz San Marino ilə üz-üzə gəlib. Macarıstandakı “Haladaş” stadionunda keçirilən görüş yığmamızın qələbəsilə başa çatıb – 2:1.

Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, San Marino isə 211-ci pillədə qərarlaşıb. 

Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışındakı ilk matçında Maltaya uduzub – 0:2.

Yoxlama oyunu

9 iyun

22:00. Azərbaycan – San Marino 2:1
Baş hakim: 
Marton Ruş (Macarıstan)

Sombatxey, “Haladaş” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43