09 İyun 2026
Ölkə futbolu

Azərbaycan millisi San Marinoya qarşı – YENİLƏNİR 

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxacaq. 

İdmanxeber.az xəbər verir ki, millimiz San Marino ilə üz-üzə gələcək. Macarıstandakı “Haladaş” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək. 

Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, San Marino isə 211-ci pillədə qərarlaşıb. 

Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışındakı ilk matçında Maltaya uduzub – 0:2.

Yoxlama oyunu

9 iyun

22:00. Azərbaycan – San Marino
Baş hakim: 
Marton Ruş (Macarıstan)

Sombatxey, “Haladaş” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43