Slovakiya yığmasının futbolçusu Laslo Beneş Azərbaycan və Belarus komandalarına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunları ilə bağlı danışıb.
İdmanxeber.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi hər iki görüşdə qələbə qazanmaq istədiklərini bildirib:
“Bizi xoşagəlməz rəqiblər gözləyir. Bunun öhdəsindən gəlmək üçün yaxşı hazırlaşmalıyıq. Bizim yüksək səviyyəli oyunçularımız var. Hansı nəticələrin qeydə alındığını birlikdə görəcəyik”.
Qeyd edək ki, Slovakiya seçməsi sentyabrın 22-də Azərbaycan millisini, 3 gün sonra isə Belarus kollektivini qəbul edəcək.